Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Lənkəranda boğulma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

Lənkəranda dənizdə boğulma təhlükəsi ilə üzləşən Biləsuvar rayon sakinləri xilas ediliblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aidiyyəti orqanlara Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində iki nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Məlum olub ki, boğulma təhlükəsi ilə üzləşənlərdən biri yeniyetmə, Biləsuvar rayon sakini, 2010-cu il təvəllüdlü A.Rüstəmova və Biləsuvar rayon sakini, 1985-ci il təvəllüdlü R.Hüseynovadır.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə