Bakıda iki maşın toqquşub, işıqfor aşıb

Bakıda iki maşın toqquşub, işıqfor aşıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, hadisə səhər saatlarında Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib. Avtomobillərdən birinin vurduğu işıqfor yararsız vəziyyətə düşüb. Problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə