Moskvanın Kaşirskoye şossesi yaxınlığındakı parkda bıçaq xəsarətləri olan 11 yaşlı uşağın meyiti tapılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Moskva prokurorluğunun rəsmi nümayəndəsi Lyudmila Nefedova bilirib.
Qeyd edək ki, iyulun 19-da uşağın anası hüquq-mühafizə orqanlarına müraciət edib. O, oğlunun iyulun 18-də günorta saatlarında gəzintiyə çıxdığını və geri qayıtmadığını bildirib.
Daha sonra uşağın meyiti kanalizasiyadan tapılıb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanovanın verdiyi məlumata görə, müstəntiqlər uşağın qətli ilə bağlı iş açıblar.
Onun həmyaşıdı ilə gəzintiyə çıxdığı məlum olub. Hazırda Rusiya Federasiyasının İstintaq Komitəsinin əməkdaşları videokameraların qeydlərini öyrənir və şübhəlinin şəxsiyyətini müəyyən etmək üçün yeniyetmənin qohumlarını və dostlarını, eləcə də digər şahidləri dindirir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB