Xocalıda "Shacman" aşıb, sürücü ölüb

Xocalıda "Shacman" aşıb, sürücü ölüb

Xocalıda "Shacman" markalı yük avtomobil aşıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 18-də saat 22:00 radələrində Xocalı rayonunun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Shacman” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə