İmişlidə avtomobil kanala düşüb, sürücü ölüb

İmişlidə avtomobil kanala düşüb, sürücü ölüb

İmişlidə yol qəzası baş verib, avtomobil su kanalına aşıb və bir nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 14-BF-338 dövlət nömrə nişanlı vaz-2106 markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü ölüb. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə