Avtomobilin vurduğu qadın 15 gün sonra ölüb

Avtomobilin vurduğu qadın 15 gün sonra ölüb

Göyçayda avtomobilin vurduğu 72 yaşlı qadın 15 gün sonra ölüb.

SİA xəbər verir ki, iyulun 2-də rayon sakini, Sahib Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.

Xəstəxanaya yerləşdirilən qadın ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə