Şəmkirdə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə