Moskvada atılan bir yaşlı uşağın anasının kimliyi müəyyənləşib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Moskva prokurorluğunun Telegram kanalında yer alıb.
Beləliklə, uşaq Selskoxozyaistvennaya küçəsindəki yaşayış binasında yaşayan 24 yaşlı qadına məxsusdur. Qadın burada həyat yoldaşı ilə yaşayır.
Qadının sözlərinə görə, mənzildə körpə ilə birlikdə olub. Nə vaxtsa oğlunu nəzarətsiz qoyub yuxuya gedib.
Nəticədə nəzarətsiz qalan uşaq binanın dördüncü mərtəbəsindəki pəncərədən yıxılıb.
Və bu zaman evin yanından keçən vətəndaş uşağın ağladığını eşidib və təcili yardım çağırıb.
Maraqlıdır ki, dördüncü mərtəbədən yıxılıb sağ qalan körpə müayinə olunmaq üçün həkimlərə təhvil verilib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB