Perm vilayətində Bolşaya Sosnova-Çastye avtomobil yolunda yük maşını, iki minik avtomobili və motosikletin toqquşması nəticəsində 5 nəfər ölüb.
SİA bu barədə rus saytlarına istinad edir.
lkin məlumata görə, hərəkətdə olan iritonnajlı avtomobilin təkəri zədələnib və nəticədə idarəetməni itirən sürücü qarşıdan gələn hərəkət zolağına çıxaraq “LADA”, “Chery” markalı avtomobillər və motosikletlə toqquşub.
“Qəza nəticəsində xarici avtomobilin sürücüsü və üç sərnişini, həmçinin motosiklet sürücüsü dünyasını dəyişib. Yük maşınının sürücüsü və motosikletin sərnişini yaxınlıqdakı tibb müəssisəsinə yerləşdirilib”.
Məlumatda belə deyilir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ulyanovsk vilayətində “Qazel”in törətdiyi qəza nəticəsində qoşqulu traktorun sərnişini və sürücüsü hadisə yerində dünyasını dəyişmişdilər. Qeyd edək ki, həlak olanlar 34 və 36 yaşlı qadınlardır.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB