Göyçayda avtomobil piyadanı vurub.
SİA-nın məlumatına görə, hadisə nəticəsində dünən saat 21 radələrində Sahib Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.
Piyada yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB