Gəncədə itkin düşən yeniyetmə Bakıda tapılıb

Gəncədə itkin düşən yeniyetmə Bakıda tapılıb

İyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2009-cu il təvəllüdlü F.Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

SİA-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F.Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə