Liftdə qalmış 7 nəfərə köməklik göstərilib

Liftdə qalmış 7 nəfərə köməklik göstərilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində beş halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

FHN-dən SİA-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 7 nəfərə müvafiq köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə