Dənizdə batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB