Yanıq xəsarətləri alan yeniyetmə xəstəxanada vəfat edib

Yanıq xəsarətləri alan yeniyetmə xəstəxanada vəfat edib

Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib. SİA-nın məlumatına görə, iyulun 1-də müxtəlif dərəcəli yanıq xəsarətləri alan Salyan rayonunun Qarabağlı kənd sakini, 2008-ci il təvəllüdlü Nuriyev Seyid Rauf oğlu həkimlərin səyinə baxmayaraq, Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

S.Nuriyev bu gün səhər saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, S.Nuriyev ocaqda yemək bişirən anasına kömək etmək məqsədi ilə odunun üstünə benzin tökərkən yanıq xəsarətləri almışdı.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə