Kəlbəcərdə arıçılıqla məşğul olan şəxs minaya düşüb

Kəlbəcərdə arıçılıqla məşğul olan şəxs minaya düşüb

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonunun Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə