Şəmkirdə yanğın hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndində qeydə alınıb.
Kənd sakininə məxsus evin eyvanında yanğın başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı ev sahibi, 42 yaşlı Ərşad Bəndəliyev xəsarət alıb. O, bədənin 3-cü dərəcəli texniki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə vuraxılıb. Yanğına qaz balonu səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB