DİN: Novxanıda 46 yaşlı kişi qətlə yetirilib, saxlanılan var

DİN: Novxanıda 46 yaşlı kişi qətlə yetirilib, saxlanılan var

İyulun 11- də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə