İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişli rayonunda yol qəzası baş verib, hadisə zamanı xəsarət alan piyada xəstəxanada ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-ci kilometrliyində İmişli rayonu Qaradonlu kəndindən keçən hissəsində qeydə alınıb. Polad Nofərov idarə etdiyi 10-RS-375 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən, piyada Kamran Musayevi vurub.

Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə