Araz çayında iki nəfər batıb, biri uşaqdır

Araz çayında iki nəfər batıb, biri uşaqdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən SİA-ya verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə