Avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb

Avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb

Bakıda mağaza yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə