Yaponiyada ölənlərin sayı 5-ə çatıb

Yaponiyada ölənlərin sayı 5-ə çatıb

Yaponiya Meteorologiya Agentliyi həftə sonundan bəri ölkənin cənub-qərb əyalətlərində leysanların rekord həddə çatması ilə əlaqədar xəbərdarlıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fukuoka və Saqa əyalətləri də daxil olmaqla, bölgədə yağışlar səbəbindən həyatını itirənlərin sayı 5-ə yüksəlib, 3 nəfərin axtarışları davam edir. YMA-nın xəbərdarlığı nəticəsində yerli bələdiyyələr on minlərlə insanın təxliyəsini tələb ediblər. Baş nazir Kişida Fumio təbii fəlakətlərin idarə olunması naziri Yani Koiçi ilə görüşüb. Torpaq sürüşməsi və daşqınlara qarşı xəbərdarlıqlarını davam etdirən Agentlik həftə ərzində yağıntıların Yapon dənizi (Şərq dənizi) bölgəsinə doğru istiqamətlənəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə