Türkiyədə ağır yol qəzası olub - ölənlər və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub - ölənlər və yaralananlar var

Türkiyədə baş verən yol qəzasında ilk təsbitə görə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza yerində xilasetmə işləri davam edir.

Dənizlidən Nazilli istiqamətində hərəkətdə olarkən sürücüsü və dövlət nömrə nişanı hələlik müəyyən edilə bilməyən avtomobil naməlum səbəbdən sükan idarəetməsini itirərək baryerlərə çırpılıb. Qəzada avtomobili idarə edən ata və qız həyatını itirərkən, ana və 3 uşağı ağır bədən xəsarətləri ilə Nazilli Dövlət Xəstəxanasına çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə