Sumqayıtda 16 yaşlı gənci avtomobil vurdu

Sumqayıtda 16 yaşlı gənci avtomobil vurdu

Sumqayıtda 16 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb. SİA xəbər verir ki, 2007-ci il təvəllüdlü Anar Yalan oğlu Həsənov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə