Cəlilabadda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitəsinin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıblar.

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə