Astarada yol qəzasında moped sürücüsü ölüb

Astarada yol qəzasında moped sürücüsü ölüb

Astarada baş verən qəzada moped sürücüsü ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi axşam saatlarında rayonun Deqədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sərxan Məlikovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Seləkəran kənd sakini Ruslan Əliyevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə