Yekaterinburqda iki binada güclü yanğın baş verib

Yekaterinburqda iki binada güclü yanğın baş verib

Sverdlovsk vilayətinin Fövqəladə Hallar Nazirliyi, xilasedicilərin Yekaterinburqda iki binanı əhatə edən böyük yanğını söndürdüklərini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti verir.

“Yekaterinburq yanğınsöndürənləri Berezovaya küçəsində baş vermiş güclü yanğını aradan qaldırıblar... Hadisə yerinə gələn yanğınsöndürənlər iki fərdi yaşayış evinin yanar olduğunu müəyyən ediblər”.

Qeyd olunur ki, quru bitki örtüyü çox olduğundan yanğın tez bir zamanda yardımçı tikililərə də keçib. Yanğın sahəsinin 800 kvadratmetr olduğu bildirilir.

Hazırda yanğının qarşısı alınıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə