İrkutskda əvvəllər itkin düşmüş azyaşlı qızçığqzın meyiti tapılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İstintaq Komitəsinin region üzrə mətbuat xidməti yayıb.
İdarədən bildirilib ki, ticarət mərkəzinin yaxınlığındakı körpünün altından, Uşakovka çayında cansız bir yaş yarımlıq qız uşağı tapılıb.
Xatırladaq ki, axtarış işləri cəsədin tapıldığı ana qədər dayanmamışdı. Belə ki, uşağın sağ tapıla biləcəyinə ümid var idi, amma...
Reallıq başqa şeylərdən xəbə verir.
Belə ki, “piknik”ə gələn bir neçə gənc ailə yemək tədarükü görərkən, onların uşaqları elə də nəzarətsiz olmayıblar. Amma içki məclisi qızışandan sonra, yaş yarımlıq qızcığaz da olmaqla bütün uşaqlar yaddan çıxıb.
Hazırda hüquq-mühafizə orqanları uşağın boğula biləcəyini istisna etmirlər və amma təəccüblüsü budur ki, heç kim boğulmaqda olan balaca qızcığaza kömək etməyib.
Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin Kuybışev rayonu üzrə İstintaq İdarəsi ehtiyatsızlıqdan ölümə səbəb olma faktı üzrə cinayət işi açıb. Hazırda hadisə yerində müstəntiqlər, məhkəmə-tibb ekspertləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Müayinədən sonra meyit məhkəmə-tibbi ekspertizasına göndəriləcək. İstintaq davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB