Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Yabanı halda bitən ümumilikdə, çəkisi 3 ton 330 kiloqram olan 4630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB