İyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Hazırda yanğının nəzarətə götürüldüyü bildirilir.
Yanğın Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB