Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb olub

Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb olub

Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb olub.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, “Toyota Pirus” markalı avtomobil yolun hərəkət hissəsində geriyə hərəkət edən zaman orada dayanmış qadını vurub. Nəticədə qadın xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə