Bakıda iki qız itkin düşüb

Bakıda iki qız itkin düşüb.

SİA xəbər verir ki, Xətai rayon sakinləri - Zığ qəsəbəsində yaşayan, 1999-cu il təvəllüdlü Tükəz Şıxbabayeva və Polad Həşimov küçəsində yaşayan Nuranə Rüstəmova yaşadıqları evdən çıxaraq itkin düşüblər.

Hər iki qadının yaxınları itkin düşmələri ilə bağlı polisə müraciət edib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə