Şirvanda yol-nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var

Şirvan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. SİA-nın məlumatına görə, hadisə Şirvan şəhərində şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb.

Qəza zamanı Hacıqabul rayonunun Muğan kəndinin sakini, 1986-cı il təvəllüdlü Emin Mehdi oğlu Umudov və Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Səbuhi Gülməmməd oğlu Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə