Cəlilabadda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Cəlilabadda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində üç rayon sakini - 1970-ci il təvəllüdlü Ceyran Abışova, 1963-cü il təvəllüdlü Şamil Əliyev və 1987-ci il təvəllüdlü Günay İbayeva xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə