Bulvarda kaktuslara zərər vuran qadın saxlanıldı - FOTO

Bulvarda kaktuslara zərər vuran qadın saxlanıldı - FOTO

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. SİA-nın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. Qadın izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə