Tərtərdə yaşlı qadın kanalizasiya quyusuna düşüb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun məcburi köçkünlərin məskunlaşdığı Dördyol qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayonu Dəymədağlı kənd sakini 68 yaşlı İbrahimova Leyla Hüseyn qızı yol kənarından dəmir qutu toplayarkən su-kanalizasiya quyusuna düşüb. Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xüsusi xilas ediciləri qadını düşdüyü quyudan çıxarıb. Müxtəlif bədən xəsarəti alan yaşlı qadın daha sonra xəsdəxanaya çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB