Salyan rayonunda ağır qəza baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində (Yolüstü restoranəndan 2 km Bakıya tərəf ) 99 NA 636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər - 1 qadın, 2 kişi dünyasını dəyişib.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Maşın Yardımlı sakini Əhədov Rəhman Şəkur oğluna məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB