Soçidə özəl uşaq bağçasının keçmiş tərbiyəçi- müəllimləri uşaqlara işgəncə və pis rəftar etdiklərinə görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə administrasiyasından xəbər verilib.
Belə ki, 53 və 39 yaşlı tərbiyəçilərə artıq bundan sonra uşaqlarla işlə bağlı fəaliyyətlə məşğul olmaq qadağan edilib.
Beləliklə, verilən məlumata görə, 2021-ci ilin yanvar və fevral aylarında tərbiyəçi-müəllimlər səkkiz yaşlı qızı və kiçik oğlan uşağı döyərək bədənlərinin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri endiriblər.
Həmin ilin mart ayında tərbiyəçi-müəllimlər ən böyüyü öz şəxsi uşaq bağçasını təşkil edib.
2022-ci ilin sentyabrında o, yeddi yaşlı uşağı döyüb. Nəticədə uşağın qolunda və boyun nahiyəsində qançırlar əmələ gəlib.
Hazırda bütün bu işlərlə bağlı tədqiqat aparılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB