Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Məmmədov Rəşad İbrahim oğlu prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçən zaman onu “Volkswagen” markalı nəqliyyat vasitəsi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə