Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə