Minik avtomobili ağaca çırpılıb, ölən və yaralananlar var

Minik avtomobili ağaca çırpılıb, ölən və yaralananlar var

Bu gün saat 18.00 radələrində Şəki giriş avtomobil yolunda hərəkətdə olan “Reno Loga” markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

SİA APA-ya istinadən xəbər verir ki, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə