Gəncədə mənzildə meyit tapılıb

Gəncədə mənzildə meyit tapılıb

Gəncədə mənzildə meyit tapılıb. SİA xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Həmin mənzildə 1986-cı il təvəllüdlü Natiq Abbasovun meyiti aşkarlanıb. Məlumata görə, o, narkotik vasitənin təsirindən ölüb.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə