Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb

Bu gün axşam saatlarında Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Elgün Orucovu Əyri çaydan keçən sel aparıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə