Göyçay rayonunda avtomobil aşıb, yaralılar var

Göyçay rayonunda avtomobil aşıb, yaralılar var

Göyçay rayonunda avtomobil aşıb, yaralılar var. SİA xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə