Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.
SİA APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 6 nəfərdən ikisi bu gün dünyasını dəyişib.
Belə ki, reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev və 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov vəfat edib.
Qeyd edək ki, faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB