Kanalizasiya quyusunda tapılan meyitlə bağlı araşdırma aparılır

Kanalizasiya quyusunda tapılan meyitlə bağlı araşdırma aparılır

İyunun 27-də Mingəçevir şəhər sakini 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

SİA xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə