Bakı sakinindən 6 kq-dan artıq narkotik götürülüb

Bakı sakinindən 6 kq-dan artıq narkotik götürülüb

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə