Şəkidə zəlzələ baş verib

İyunun 25-də saat 16:39-da Şəki seysmoloji stansiyasından 12 kilometr şimal-qərbdə - Şəkidə zəlzələ qeydə alınıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 16.39-da qeydə alınan zəlzələnin ocağı 16 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,0-ə bərabər olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə