Yasamalda yaşayış binasında yanğın olub

Yasamalda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

SİA FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 105 m² olan 3 otaqlı mənzilin eyvanında 1 ədəd su qızdırıcısı, 1 ədəd gərginlik stabilizatoru, 1 m² sahədə taxta tullantıları, eyvanın plastikdən ibarət qapısı və pəncərəsi yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə