Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları aksiz markasız, 35 350 qutu (707 000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edib.
Bu barədə SİA-ya DGK-dan məlumat verilib.
Məlumata görə, siqaretlər Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB