Yevlaxda polis əməkdaşı avtomobili aşıraraq həyatını itirib

Yevlaxda polis əməkdaşı avtomobili aşıraraq həyatını itirib

Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə